Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) müzəffər ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda icra olunacaq quruculuq və bərpa işlərinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş Fonduna 50 min manat vəsait köçürüb.
Vəsait universitetin Elmi şurasının qərarı əsasında köçürülüb.
Cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə hər biri 50 min manat olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna və “YAŞAT” Fonduna da vəsait köçürüb. Bununla yanaşı, universitetin əməkdaşları könüllü qaydada adları yuxarıda qeyd olunan fondlara on minlərlə manat həcmində ianə ediblər.
ADNSU-nun əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş məzunlarının ailələrinə yardım kampaniyası da aparır.

Tehsil-press.az

Oxşar xəbərlər