Bakı Ali Neft Məktəbi “YAŞAT” Fonduna ianə edib

Bakı Ali Neft Məktəbi “YAŞAT” Fonduna ianə edib Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları ötən ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizini “YAŞAT” Fonduna köçürüblər.
Fonda ümumilikdə 20 min 697 manat məbləğində vəsait ianə edilib.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbinin əməkdaşları ötən ilin oktyabr ayında işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə aylıq vəzifə maaşlarından Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdilər.
Qeyd edək ki, “YAŞAT” Fondu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər