“Rusiya ilə rəqabətdən qorxmuruq” - ABŞ XİN

“Rusiya ilə rəqabətdən qorxmuruq” - ABŞ XİN "Rusiya ilə proqnozlaşdırıla bilən münasibətlərə sahib olmaq istəyirik, lakin rəqabətdən də qorxmuruq”.
Bunu ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Сalina Porter keçirdiyi mətbuat konfransında deyib.
“Rusiya ilə əlaqələrimizdə problemlər yaşanır, amma biz buna hazırıq. Münasibətlərimizin məqsədi bu əlaqələrin gələcəkdə proqnozlaşdırıla bilən və dayanıqlı olmasıdır.
Rusiyanın son bir neçə aydakı davranışlarına nəzər salsaq, əlaqələrin rəqabətin olduğu sahələrə və ünsürlərə sahib olacağı açıqdır. Rəqabətdən qaçmayacağıq”, - o vurğulayıb.
ABŞ-ın konstruktiv əməkdaşlıq fürsətlərini dəyərləndirəcəyini və Rusiyanın davranışları barəsində tərəfdaşlar və müttəfiqlərlə fikir mübadiləsi aparacaqlarını dilə gətirən Porter Rusiyanın “çərçivənin xaricinə çıxdığını” bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər