Fransız jurnalistin irqçi sözləri telekanala baha başa gəldi

Fransız jurnalistin irqçi sözləri telekanala baha başa gəldi Fransanın Audiovizual Vəsaitlər üzrə Ali Şurası (CSA) “CNews” xəbər telekanalını nifrət və zorakılığa təhrik edən fikirlərə görə 200 min avro məbləğində cərimələdiyini açıqlayıb. Bu, Fransada xəbər telekanalının ilk belə cəzasıdır.
İnsidentin günahkarı ölkədə geniş kütləyə tanış olan sağçı düşərgənin nümayəndəsi - şərhçi, jurnalist və yazıçı Erik Zemmurdur. O, telekanalın xəbər verilişlərindən birinin daimi iştirakçısıdır. Telekanalda 2019-cu ildən çalışır.
Yanvarın 29-da buraxılışı miqrantlara - valideynlərinin müşayiəti olmadan Avropaya gələn gənclərə - həsr olunmuş “Face à l'Info” verilişində Zemmur onları oğru, qatil və təcavüzkar adlandırıb.
“Onları geri göndərmək və ümumiyyətlə, onların buraya gəlməsinə yol verməmək lazımdır”, - deyə o əlavə edib.
Bu fikirlərdən ölkədə yaranmış qalmaqaldan sonra Paris prokurorluğu irqi nifrətin qızışdırılması və irqi xüsusiyyətin ictimai təhqir edilməsi şübhəsi ilə istintaqa başlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər