Azərbaycan İlahiyyat İnstitutu Avropa Şurası İşçi qrupunun iclasında təmsil olunub

Azərbaycan İlahiyyat İnstitutu Avropa Şurası İşçi qrupunun iclasında təmsil olunub Avropa Şurasının “Qeyri-ayrı-seçkilik, müxtəliflik və inklüzivlik” üzrə Rəhbər Komitəsinin (Committee on Anti-Discrimination, Diversity and Inclusion) tərkibində “Mədəniyyətlərarası inteqrasiya” (Working Group on Intercultural Integration) İşçi qrupunun üçüncü görüşündə Azərbaycanı İşçi qrupun üzvü kimi, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov təmsil edib.
İclas “Bluejeans” platforması vasitəsilə onlayn formada keçirilib. İclasda Avropa Şurasının nümayəndələri İvana Delesandro və İrena Quydikova, həmçinin 10 üzv ölkənin təmsilçiləri, 10 ölkənin məhəlli idarələrinin üzvləri və mədəniyyətlərarası inteqrasiya sahəsində mütəxəssislər olmaqla 38 nəfər iştirak edib.
Görüşün əvvəlində İşçi qrupun sədri Pia Buhl Girolami iştirakçıları üçüncü tədbirin proqramı ilə tanış edib.
İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının (the European Commission against Racism and Intolerance) sədri Maria Marouda çıxışında sivil cəmiyyətlərdə tolerantlığın və mədəniyyətlərarası inteqrasiyanın əhəmiyyətindən bəhs edib. Sonra onunla İşçi qrupun üzvləri arasında fikir mübadiləsi aparılıb.
Görüşdə müxtəlif layihələr üzrə müzakirələr baş tutub, Avropa Şurasının “Qeyri-ayrı-seçkilik, müxtəliflik və inklüzivlik” üzrə Rəhbər Komitəsinin sədri Triantafillos Loukarelis ilə İşçi qrupun üzvləri arasında fikir mübadiləsi keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər