Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib. İclas “Bluejeans” platforması vasitəsilə onlayn formatda keçirilib.
Avropa Şurasının “Qeyri-ayrı-seçkilik, müxtəliflik və inklüzivlik” üzrə Rəhbər Komitəsinin (Committee on Anti-Discrimination, Diversity and Inclusion) tərkibində “Mədəniyyətlərarası inteqrasiya işçi qrupu”nun (Working Group on Intercultural Integration) ikinci görüşündə Azərbaycanı İşçi qrupun üzvü kimi, İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov təmsil edib.
İclasda Avropa Şurasının nümayəndələri İvana Delesandro və İrena Quydikova, həmçinin 10 üzv ölkənin təmsilçiləri, 10 ölkənin məhəlli idarələrinin üzvləri və mədəniyyətlərarası inteqrasiya sahəsində mütəxəssislər iştirak ediblər. Tədbirdə İşçi qrupun sədr və müavinləri seçilib. Belə ki, Norveçi təmsil edən Piya Bul Jirolami sədr, İspaniyanın Bilbao şəhərinin təmsilçisi Klaudiya Emmanuel Laredo isə sədr müavini seçilib.
Qeyd edək ki, A.Şirinov Avropa Şurası “Mədəniyyətlərarası inteqrasiya işçi qrupu”nun Azərbaycan üzrə təmsilçisi seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər