Müsabiqə üzrə müsahibədə 26 nəfər uğur qazanıb

Müsabiqə üzrə müsahibədə 26 nəfər uğur qazanıb Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Tehsil-press.az DİM-in martın 11-i saat 18:10-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 26 nəfər uğur qazanıb. Onlardan 10-u Kənd Təsərrüfatı Nazirliyində, 6-sı Bakı Ağır Cinayətlər Məhkəməsində, 5-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 5 nəfər isə Energetika Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə iyulun 27-də başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər