Yanvarın 13-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir

Yanvarın 13-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.
Yanvarın 22-si saat 11:20-yə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmək üçün 60 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (20 nəfər) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (13 nəfər) qeydə alınıb.
Qeyd edək ki, ərizə qəbulu fevralın 3-də yekunlaşacaq.

Tehsil-press.az



Oxşar xəbərlər