Müsahibədə uğur qazanmış 263 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Müsahibədə uğur qazanmış 263 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə başa çatıb.
Müsahibədə 263 nəfər uğur qazanıb. Onlardan 175-i Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3712 nəfər sənəd vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər