Bu gün Ümumdünya Su və ya Su Resursları Günüdür.
Bu məqamda Resurs Səmərəli və Təmiz İstehsalatının (RSTİ) fəaliyyəti üzrə koordinator Yaşar Kərimovun müəllif yazısını təqdim edirik:
1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən keçirilən Ətraf Mühit və İnkişafa dair Konfrans zamanı içməli suyun bəşəriyyət üçün əhəmiyyətini vurğulamaq məqsədilə ilk dəfə olaraq müəyyən bir günün Ümumdünya Su Günü kimi qeyd olunması təklif edilib. Bu təklif əsasında BMT-nin Baş Assambleyası 1993-cü ildə 22 mart tarixini Ümumdünya Su Günü elan edib və həmin ildən etibarən hər il 22 mart tarixi Ümumdünya Su Günü kimi qeyd olunur.
Ümumdünya Su Günü qlobal su böhranı barədə məlumatlılığı artırmaq və bununla da 2030-cu ilədək 6-cı Davamlı İnkişaf Məqsədinə (hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək) nail olunmasına dəstək olmaq məqsədini daşıyır.
Cari ildə Ümumdünya Su Gününün mövzusu suyun qiymətləndirilməsinə həsr edilib. Suyun dəyəri faktiki qiymətindən qat-qat çoxdur. Belə ki, suyun məişət, ərzaq, səhiyyə, iqtisadiyyat və təbii mühitimizin bütövlüyü üçün böyük və kompleks dəyəri var. Suyun həqiqi dəyərini başa düşmək, bu tükənən resursu bəşəriyyət naminə qorumaq və səmərəli istifadə etmək lazımdır.
Tehsil-press.az