Təhsil nazirinin müavini İdris İsayev UNESCO tərəfindən təşkil olunmuş “COVID-lə bir il: Nəsil fəlakətinin qarşısının alınması məqsədilə təhsilin bərpasının prioritetləşdirilməsi” mövzusunda virtual görüşdə iştirak edib.
“COVID-19” pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan virtual tədbirdə UNESCO-nun Baş direktoru Odre Azule, BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra ölkələrin təhsil nazirləri iştirak ediblər.
İdris İsayev çıxışında Azərbaycanda pandemiya dövründə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Nazir müavini, həmçinin ölkəmizdə icra edilən “Virtual məktəb” layihəsinin xüsusi rolunu qeyd edib və yaratdığı imkanlardan söz açıb.
Tehsil-press.az