Təhsil naziri Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan konfransda çıxış edib

Təhsil naziri Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan konfransda çıxış edib Təhsil naziri Emin Əmrullayev Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan onlayn konfransda iştirak edib.
Tədbirdə çıxış edən təhsil naziri koronavirus pandemiyası və Ermənistan hərbi qüvvələrinin təxribatları fonunda təhsilin davamlılığının təmin edilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib. Nazir onlayn tədrisə keçidi təmin etmək məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Virtual məktəb” platformasının fəaliyyətinə toxunaraq, sözügedən platformada 1 milyon 300 mindən çox şagird və 120 mindən çox müəllimin qeydiyyatdan keçdiyini vurğulayıb.
Emin Əmrullayev, həmçinin bu ilin 27 sentyabr tarixindən etibarən Ermənistan hərbi qüvvələrinin 6 həftədən artıq davam edən hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atıldığını vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər