44 günlük Vətən müharibəsində qazandığımız zəfər dünya hərb tarixində önəmli yer tutur. Təsadüfi deyil ki, Ordumuzun istifadə etdiyi taktikaya, qısa müddət ərzində qazandığı zəfərə tez-tez nüfuzlu nəşrlərdə yer verilir. Buna qədər məşhur "Forbes" jurnalı şanlı qələbəmizdən yazmışdısa, bu dəfə ABŞ-ın “Foreign Policy” nəşrində torpaqlarımızın işğaldan azad edilməsi yönündə Vətən müharibəsində qazandığımız uğurdan bəhs edilib. Azərbaycan Ordusun gücü, silahlanması, arsenalında dronlara üstünlük verməsi dünyanın supergüclərindən olan ABŞ ordusuna nümunə kimi göstərilib.
“Ötən payız Azərbaycan Dağlıq Qarabağda gedən hava müharibəsində Türkiyənin pilotsuz uçuş aparatları ilə qalib gələndə ABŞ strateqlərinə bir şey aydın oldu: düşməni “ovlamaq və məhv etmək” hər zamankından daha asan və ucuz başa gələ bilər. Ucuz döyüş aparatları yaxın gələcəkdə bir anlıq olsa belə mövqelərini tərk edən əsgərləri öldürə bilər”.
Bu barədə "Foreign Policy" jurnalının siyasi şərhçisi Cek Detç yazıb.
ABŞ Silahlı Qüvvələrinin polkovniki Skott Şou isə bildirib:
“Videolarda tankların, artilleriya mövqelərinin, qoşunların pilotsuz hava sistemləri ilə necə vurulduğunu görə bilərsiniz”.
Onun sözlərinə görə, ötən payız Azərbaycan Ermənistana qalib gələndən sonra bir şey aydın olub ki, ABŞ ordusu Çin kimi rəqibləri üzərində bundan sonra hava qüdrəti üstünlüyünə malik deyil, hətta gəliri az ölkələr də özləri üçün qabaqcıl hərbi-hava sistemləri ala bilərlər.
“Bu müharibədə nə aydın oldu? Aydın oldu ki, indi zəngin olmayan ölkələr də kombinə edilmiş müharibə apara bilərlər. Bunun üçün ABŞ və ya Rusiya olmağa ehtiyac yoxdur. Birləşmiş silahlı müharibədə iştirak əvvəllər düşünüldüyündən daha ucuz başa gəlirmiş. Lokal hava-yer və ya hava-hava fəaliyyəti üçün ABŞ-ın super hazırlıqlı, heyrətamiz imkanlara malik hərbi-hava qüvvələrinə ehtiyac yoxdur”, - deyə Şou bildirib.
Onun sözlərinə görə, gələcəkdə ABŞ ordusu yüksək səviyyədə qalmaq üçün döyüş strategiyası ilə yanaşı, texniki təchizatını da yeniləməlidir.
Detç xatırladıb ki, 6 həftəlik müharibə zamanı Azərbaycan ordusu Türkiyə istehsalı olan Bayraktar TB2 dronlarından, əksəriyyəti İsrail istehsalı olan intihar PUA-larından istifadə etməklə döyüş sahəsini azaltmış və Ermənistanın zirehli qüvvələrini məhv edib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müharibənin son günlərində Ermənistanın məhv edilmiş və ələ keçirilmiş texnikasının siyahısını belə təqdim edib: 250 tank, 50 piyadaların döyüş maşını, 198 yük avtomobili, 17 qanadlı artilleriya birliyi, dörd Rusiya istehsalı S-300 raket müdafiə sistemi... Oktyabrın ortalarında Əliyev bəyan edib ki, Türkiyə dronları iləErmənistanın dəyəri 1 milyard dollardan çox olan hərbi texnikası məhv edilib.
Çoxları düşünür ki, Dağlıq Qarabağdakı müharibə ABŞ hərbçilərinin güvəndiyi və hər iki İraq müharibəsində istifadə etdiyi “sarsıt və qorxut” taktikasının keçmişdə qaldığını nümayiş etdirib.
Nəşr yazır ki, ABŞ Silahlı Qüvvələrində ordu hazırlığı mütəxəssisi Pol Fenk artıq saatlarla Dağlıq Qarabağdakı döyüş səhnələrinin videolarını öyrənir.
Tehsil-press.az