Ərdoğan Şuşaya səfər edəcək

Ərdoğan Şuşaya səfər edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək.
Bu barədə o, Türk Şurasının Zirvə toplantısında danışıb.
“Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı qələbələri münasibətilə bir daha təbrik edirəm. 44 gün davam edən əfsanəvi mübarizə sonrasında 30 illik işğal sona çatıb. Əlbəttə ki, asan deyil. Dağlıq Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağıdılıb, kilsələr viran qoyulub. Bütün bunlarla yanaşı bu gün 1918-ci ildə azərbaycanlı qardaşlarımızın məruz qaldıqları qətliamın anım günüdür. Biz heç bir zaman Xocalı qətliamını kənara qoya bilmərik. Hələ qısa zaman öncə anım gününü keçirdik. Qətl edilən 10 minlərlə qardaşımızı rəhmətlə anıram.
Qarabağdakı türk mirasının qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz böyük önəm daşıyır. İstəyimiz odur ki, ən qısa zamanda Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə yeni bir bayram yaşayaq”,- deyə Ərdoğan qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər