Emin Əmrullayev: Son aylar ərzində gündəlik yoluxanların təxminən 4-6 faizi müəllimlər olub

Emin Əmrullayev: Son aylar ərzində gündəlik yoluxanların təxminən 4-6 faizi müəllimlər olub Son aylar ərzində biz bilirik ki, gündəlik yoluxanların təxminən 4-6 faizi müəllimlər olub. Fərqi yoxdur, məktəblər bağlı olanda da, açıq olanda da müəllimlər yoluxur.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda pandemiya dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandırarkən deyib.
Nazir qeyd edib ki, yoluxmalar təkcə məktəbdə deyil, ailə daxilində, nəqliyyatda və digər yerlərdə də baş verir. Mahiyyət etibarilə başa düşürük ki, 2500-ə yaxın yoluxma həcmində təxminən 100-ə qədər müəllim, məktəb personalı koronavirusa gündəlik yoluxur. Son günlərin statistikasına görə bu 100 nəfərin 80 faizi təxminən Bakı, Sumqayıt, Abşeron Gəncə və Şəki şəhərinin payına düşürdü. Hər gün 100 təhsil işçisi virusa yoluxarsa, bu, artıq 10, 12, 15 məktəbin bağlanması deməkdir. Saylar artardısa və məktəblər bağlanmazdısa biz hər gün bir neçə məktəbi epidemioloji səbəblərdən distant təhsilə keçirilməsi ilə üz-üzə qalacaqdıq.

Tehsil-press.az




Oxşar xəbərlər