Azərbaycan Respublikası Təhsil İnstitutunda Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı hədəflər müəyyənləşdirilib.
Bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov məlumat verib.
R.Əzizov qeyd edib ki, Milli Prioritetlər peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislərin hazırlanmasını da vurğulayır. Eləcə də bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir.
Son illər ölkədə peşə təhsilinin yenidən təşkili ilə bağlı geniş fəaliyyət göstərilir. Peşə Təhsili üzrə Dövlət Agentliyi bu işləri sürətlə və uğurla icra etməkdədir. Təhsil İnstitutu Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə səriştə əsaslı, Azərbaycanın milli kvalifikasiyalar çərçivəsinin tələblərinə uyğun məzmun tərtibatı istiqamətində əməkdaşlıq edir.
Hazırda Avropa Təlim Fondu ilə yeni layihə üzərində işlər gedir. Layihədə milli kvalifikasiya çərçivəsinə uyğun olaraq, “ömürboyu təhsil”ə dair hüquqi-normativ bazanın təkmilləşdirilməsi, kvalifikasiya və təlim proqramlarının tərtib olunması, kvalifikasiyaların qeydiyyatı və monitorinq sisteminin qurulması, özü öyrənmə səriştələrinin təsdiqi və “ömürboyu təhsilə” uyğunluğunun təmin edilməsi, milli kvalifikasiyaların sertifikatlaşdırılması və peşə yönümü xidmətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər nəzərdə tutulur.
Bundan əlavə, təhsil pillələri arasında varisliyin təmin olunması, kvalifikasiyaların qismən tanınması və pillələrarası əlaqələrin genişləndirilməsi əsas gələcək prioritetlərdəndir. Təhsil İnstitutunun “ömürboyu təhsil” islahatları ilə məşğul olan ayrıca şöbəsi mövcuddur və aktiv şəkildə proseslərdə iştirak edir.
Tehsil-press.az