Məktəb direktorları təltif olunub

Məktəb direktorları təltif olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 24 nəfər məktəb direktoru fəxri fərmanla təltif edilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan məktəb direktorlarını təbrik edib, təhsil sahəsində aparılan islahatlardan, qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən söz açıb. İdarə müdiri tədrisin təşkilində məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb. O, təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, gənc nəslin bilikli, vətənpərvərlik və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib.
BŞTİ-nin müdiri təltif olunan təhsil işçilərinə səmərəli fəaliyyətlərinə, təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.
Məktəb direktorlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Təltif olunmuş şəxslər onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və təhsil sahəsindəki uğurların daha da artacağına əminliklərini ifadə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər