Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Qabaqcıl təhsil işçisi” döş nişanına və Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüş bir qrup təhsil işçisinə mükafatların təqdim olunması mərasimi keçirilib.
Təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə 14 müəllimə “Qabaqcıl təhsil işçisi” döş nişanı, 17 müəllimə Təhsil Nazirliyinin fəxri fərmanı təqdim edilib.
Tədbirdə BŞTİ-nin müdirinin müavini Rəşad Tağıyev müəllimləri təbrik edib, onlara təhsil sahəsində səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.
BŞTİ-nin Mətbuat Xidməti