Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 31 mart 2017-ci il tarixli qərarına əsasən universitetdə Qafqazşünaslıq kafedrası yaradılıb.
Kafedranın yaradılmasında məqsəd Qafqaz regionunun hərtərəfli öyrənilməsi, burada yaşayan xalqların tarixi, mədəniyyəti, etnoqrafiyası, dilləri və s. barədə tədqiqatların aparılmasıdır.
Qeyd edək ki, regionun öyrənilməsinin strateji əhəmiyyətə malik olduğu nəzərə alınaraq, kafedraya Qafqaz regionunu tədqiq edən ən yaxşı alim və mütəxəssislər cəlb ediləcək.
Azərbaycan Dillər Universiteti region üzrə tədqiqat aparan alim və mütəxəssisləri kafedrada işə dəvət edir.

ADU-nun Mətbuat Xidməti