Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin beynəlxalq münasibətlər kafedrasının professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə “Analitik düşüncə” klubu çərçivəsində “Qoşulmama hərəkatı və Azərbaycan” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərvin Əliyeva “Qoşulmama hərəkatı”nın yaranması, fəaliyyəti və beynəlxalq münasibətlər sistemində yeri haqqında çıxış edib. Həmin kafedranın müəllimi Nərmin Qədirova isə Azərbaycanın “Qoşulmama hərəkatı”nın üzvü kimi fəaliyyətindən bəhs edib.
Tədbir tələbələrin sualları əsasında diskussiya şəklində davam edib.

ADU-nun Mətbuat Xidməti