Folklor İnstitutunun əməkdaşı Ərciyəz Universitetində mühazirə ilə çıxış edib

Folklor İnstitutunun əməkdaşı Ərciyəz Universitetində mühazirə ilə çıxış edib Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova Türkiyənin Ərciyəz Universitetinin uşaq folkloru dərsinə onlayn qoşularaq “Azərbaycan və Anadolu uşaq oyunları” mövzusunda mühazirə ilə çıxış edib.
M.Məmmədova mühazirəsində milli mədəni irsimiz olan uşaq oyunlarımız, həmçinin Folklor İnstitutunun bu sahədə gördüyü toplama və nəşr işləri, antologiyalar, tədqiqatlar barədə ətraflı məlumat verib.
O, slayd nümayişi zamanı oyunlarla bağlı videomateriallardan da istifadə edib. Mühazirə universitet tələbələri tərəfindən maraqla qarşılanıb.

Tehsil-press.az



Oxşar xəbərlər