Folklor İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib

Folklor İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib Folklor İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.
Iclasda elmi müəssisənin direktoru, akademik Muxtar İmanov institutun strukturunun təkmilləşdirilməsi istiqamətində bəzi dəyişikliklər edilməsinin məqsədəuyğunluğundan söz açıb. O, Qazax-Borçalı və Şəki bölmələrinin ləğvini təklif edib. Elmi şura üzvləri adıçəkilən bölmələrin ləğvinə səs veriblər.
Sonra Elmi şuranın tərkibində dəyişiklik edilib. AMEA-nın müxbir üzvü Kamran Əliyevin vəfatı ilə əlaqədar Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova Elmi şuraya üzv qəbul edilib.
Folklor İnstitutunun nomenklatura işçilərinin attestasiyasının təşkili məsələsinə baxılıb. Şura üzvləri məsələ ilə bağlı yaranacaq komissiyanın attestasiya prosesində şöbə müdirləri ilə birgə əməkdaşlığını tövsiyə ediblər.
İclasda Türk xalqları folkloru şöbəsinin elmi işçisi Qumru Şəhriyarın “Qalalı məhəlləsi” kitabının nəşri barədə qərar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər