Ege Universitetinin doktorantı apardığı tədqiqatla bağlı AMEA-nın Folklor İnstitutunda olub

Ege Universitetinin doktorantı apardığı tədqiqatla bağlı AMEA-nın Folklor İnstitutunda olub Türkiyənin İzmir şəhərindəki Ege Universitetinin doktorantı Sevgi Dal Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda olub.
Elmi müəssisənin direktoru, akademik Muxtar İmanovla görüşdə S.Dal doktorluq dissertasiyası ilə bağlı məsləhətlər alıb.
Sonra qonağa institutun nəşrləri hədiyyə edilib. Sevgi Dal, həmçinin institutun alimləri ilə uşaq folkloru istiqamətində tədqiqatlarla bağlı müzakirələr aparıb.

Tehsil-press.az

Oxşar xəbərlər