Mayın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin təşəbbüsü ilə “Mədəni irsin qorunması” mövzusunda seminar keçirilib. İtalyan dili ixtisasında təhsil alan tələbələr üçün “Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət” fənni üzrə baş tutan seminarı Tvinninq layihəsi üzrə təlimçi Paolo Giorgio Ferri aparıb.
Təlimçi mədəniyyət abidələrinin oğurlanması, onların qeyri-qanuni daşınması və satışı, ölkəyə geri qaytarılması üçün tətbiq olunan qanunlar, hüquq sistemində bu sahə ilə bağlı İtaliya təcrübəsinə əsaslanan işlər haqqında məlumat verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tvinninq layihəsi çərçivəsində əməkdaşlıq edən və İtaliyanın müxtəlif universitetlərində “Mədəni irsin qeyri-qanuni daşınması” ilə bağlı mühazirələrlə çıxış edən Paolo Giorgio Ferri İtaliyanın Mədəniyyət Nazirliyinin nəzdində “Mədəni irsin qorunması” ilə bağlı hüquqi problemlər üzrə beynəlxalq ekspert, Avropa İttifaqının “Mədəni irsin qorunması” üzrə Tvinninq layihələrində ekspertdir.
ADU-nun Mətbuat Xidməti