Qazaxıstanın Almatı şəhərində “Böyük İpək Yolu üzərində Mərkəzi Asiya: antik dövrdən müasir zamana qədər mədəniyyətlərin və dinlərin dialoqu” mövzusunda keçirilən beynəlxalq elmi konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.
Konfransda “Oğuz genealoji mifləri tarixi yaddaşın əksi kimi” mövzusunda məruzə ilə çıxış edən Ş.Mustafayev qədim dövrlərdən etibarən türk xalqlarının tarixi özünüdərk prosesində genealoji miflərin və şəcərələrin, o cümlədən yazılı ədəbiyyatda əksini tapmış “Oğuznamə” ənənələrinin əhəmiyyətindən bəhs edib. Azərbaycanlı alimin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin əsas məqsədi tarixi coğrafiya, Mərkəzi Asiya xalqlarının tarixində urbanizasiya və köçərilik, əhalinin miqrasiyaları və mədəni genezis, türk xalqlarının mənəvi, dini və mifoloji irsi, Mərkəzi Asiya ölkələrinin mədəni mirasının qorunması və tarixi-mədəni abidələrinin UNESCO-nun dünya irsi siyahısına daxil edilməsi problemləri və istiqamətləri üzrə müzakirələrin aparılması olub. Konfransın işində 20 ölkənin nümayəndələri, o cümlədən ABŞ, Rusiya, Yaponiya, Qırğızıstan, Ukrayna, Özbəkistan, Çin, Tacikistan və digər ölkələrin alimləri iştirak ediblər. Tədbir UNESCO-nun Almatı klaster bürosu və Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi tərəfindən təşkil olunub.
Tehsil-press.az