Polşada “Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” adlı VI elmi konfrans keçirilib

Polşada “Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” adlı VI elmi konfrans keçirilib Polşanın Krakov şəhərində yerləşən Yagellon Universitetinin təşkilatçılığı və Krakov şəhərinin icra başçısı Jatsek Mayxrovskinin, habelə Yagellon Universitetinin Hüquq və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Maddi və qeyri-maddi irsin qorunması arasında mədəni irsin seqmentləri” adlı VI elmi konfrans keçirilib.
Dünyada hökm sürən epidemioloji vəziyyətlə əlaqədar olaraq onlayn keçirilən elmi konfransa Polşanın dövlət xadimləri, alimləri, eləcə də xarici ölkələrin, həmçinin Azərbaycanın təhsil ocaqlarının professorları qoşulublar. Ölkəmizi Azərbaycanı Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov təmsil edib. Alim “Tarixi abidələr: milli-mənəvi dəyərlər xəzinəsinin ən qiymətli incisi” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da dəvət olunan mühazirəçi qismində “Azərbaycanda müasir dövrümüzə qədər qorunub saxlanılan bütpərəst abidələr” mövzusunda elmi işlə çıxış edib. O, Azərbaycan ərazisində qədim dövrlərdən bu günümüzə gəlib çatan bütpərəst abidələr haqqında məlumat verib.
Elmi diskussiya zamanı iştirakçıların suallarını cavablandıran Həsən Həsənov Azərbaycandakı tarixi, mədəni abidələrlə bağlı əlavə məlumat paylaşıb. İştirakçıların daha çox marağına səbəb olan mövzular isə Qız Qalası, Yanardağ, Qobustan, Atəşgah, Beşbarmaq dağı və Azərbaycan ərazisində yaşayan tayfalar haqqında məlumat olub.

Tehsil-press.az

Oxşar xəbərlər