İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsinin bir hissəsində naməlum hadisə baş verib.
Bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.
B.Kamalvəndinin sözlərinə görə, hadisə nəticəsində kimsə xəsarət almayıb və ya nüvə çirklənməsi baş verməyib.
Kamalvəndi hadisə ilə əlaqədar araşdırmanın aparıldığını və əlavə məlumatın veriləcəyini deyib.
Təşkilat rəsmisi hadisənin partlayış və ya başqa bir olay olduğuna aydınlıq gətirməyib.
Nətənz nüvə obyekti uranın zənginləşdirilməsi üzrə obyektlərdən biridir və 90 metr qalınlığında betonlama ilə qorunur.
Tehsil-press.az