BDU-nun Elmi kitabxanasına amerikalı professorun kitabları hədiyyə edilib

BDU-nun Elmi kitabxanasına amerikalı professorun kitabları hədiyyə edilib Azərbaycan Beynəlxalq Bankı tərəfindən korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasına Massaçusets Texnologiya İnstitutunun professoru Conatan Qruberin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunan “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabının nüsxələri hədiyyə edilib.
Professor Conatan Qruberin “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabı mövzu üzrə mükəmməl dərsliklərdən sayılır. Kitabdan dünyanın aparıcı universitetlərində tədris prosesində fundamental mənbə kimi geniş istifadə edilir. Dərslik müasir dövrün reallıqlarına aid dərin təhlillərlə, maraqlı faktlarla zəngindir. Kitabda əksini tapmış nəzəri yanaşmalar, praktik həllər, əsaslı dəlillər dövlət maliyyəsi və siyasəti ilə bağlı dolğun təsəvvür yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər