Dekabrın 13-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin Azərbaycanşünaslıq və slavistika bölməsinin, müasir Azərbaycan dili və türkologiya kafedralarının birgə təşkilatçılığı ilə “Dil siyasəti və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq elmi konfrans Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq reallaşdırılıb.
Tədbirdə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov Prezident İlham Əliyevin dilimizin saflığının qorunmasına və inkişafına xüsusi önəm verdiyini vurğulayıb, mövzunun əhəmiyyətindən danışıb.
Universitetin kafedra müdiri, professor İkram Qasımov, professor Şahlar Əsgərov və digər çıxış edənlər dil siyasəti ilə bağlı fikirlərini bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıblar.
Məlumat verilib ki, konfransın Təşkilat Komitəsinə 16 xarici ölkədən, o cümlədən Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Belarus və Çex Respublikasından, ölkəmizin ali təhsil müəssisələrindən elmi məqalələr təqdim edilib.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilib, bölmə iclasları olub.

BSU-nun Mətbuat Xidməti