Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Belarus İnformasiya Nazirliyinin “Petrus Brovka adına Belarusiya Ensiklopediyası” nəşriyyat evindən şair Yanka Kupalanın “O gələn kimdir?” kitabı hədiyyə edilib.
Şeirin 100 dilə tərcüməsi və bir orijinal mətni zəngin poliqrafik üslubda nəşr edilib. Kitabda Xalq şairinin həyatına və yaradıcılığına müraciət edən belaruslu və xarici rəssamların əsərləri əks olunub.
Şeirin 1905-1907-ci illərdə yazılması ehtimal olunur. Burada Yanka Kupala inqilabdan əvvəl Belarus xalqının obrazını təcəssüm edib. Şeirin tərcüməsi Azərbaycanın Xalq şairi Rəsul Rzaya məxsusdur.
Qeyd edək ki, MEK-in fondlarında Belarus şairi Yanka Kupalanın müəllifi olduğu 9, haqqında yazılan 6 kitab mühafizə olunur. MEK-in Nadir Kitab Fondunda miniatür nəşrlər kolleksiyasında ən balaca kitab Yanka Kupalanın 1967-ci ildə nəşr edilmiş şeirlər toplusudur.
Tehsil-press.az