Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Massaçusets Texnologiya İnstitutunun professoru Conatan Qruberin “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabını Azərbaycan dilində nəşr etdirib.
Bankın ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək məqsədilə nəşr etdirdiyi kitabın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təqdimatı olub. Yüksək keyfiyyətlə nəşr olunmuş kitabın 50 nüsxəsi universitetin kitabxana fonduna hədiyyə edilib.
Professor Conatan Qruberin bu kitabı dövlət maliyyəsi və dövlət siyasəti mövzusu ilə maraqlananlar üçün ən mükəmməl dərsliklərdən sayılır. Kitabdan dünyanın aparıcı universitetlərində tədris zamanı fundamental mənbə kimi geniş istifadə edilir. Dərslik müasir dövrün reallıqlarına aid dərin təhlillərlə, maraqlı faktlarla zəngindir. Burada əksini tapmış nəzəri yanaşmalar, praktik həllər, əsaslı dəlillər dövlət maliyyəsi və dövlət siyasəti ilə bağlı dolğun təsəvvür yaradır.
UNEC-in akademik heyəti və tələbələri “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabını UNEC-in kitabxanasından əldə edə bilərlər.
Tehsil-press.az