Azərbaycan Beynəlxalq Bankı ADA Universitetinin Kitabxanasına Conatan Qruberin “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabının Azərbaycan dilinə tərcümə edilmiş nəşrinin 6 nüsxəsini hədiyyə edib.
Azərbaycan Beynəlxalq Bankının korporativ sosial məsuliyyət layihəsi çərçivəsində dilimizə tərcümə etdirdiyi nəşr, Bankın ölkəmizdə təhsilə, innovasiyalara, cəmiyyətdə maliyyə savadlılığının artırılmasına dəstək tədbirlərinin davamıdır.
Müasir dövrün reallıqlarına aid təhlillər, nəzəri yanaşmalar, praktik həllər və əsaslı dəlillərlə zəngin kitab oxucuya dövlət maliyyəsi və dövlət siyasəti ilə bağlı dolğun təsəvvür qazandırır. Nəşrin əvvəlində müəllifin Azərbaycan iqtisadiyyatı ilə bağlı “Ön söz”ü yer alıb.
ADA Kitabxanasının direktoru Elçin Məmmədov hədiyyə edilən kitabları məmnunluqla qəbul edərək Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi xanım Könül Hilala kitabxana fondunun zənginləşməsində göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Qonağı ADA Kitabxanasının resursları barədə məlumatlandıran E.Məmmədov vurğulayıb ki, Conatan Qruberin sözügedən kitabının orijinalı bir neçə ildir ADA Universitetində tədris vəsaiti kimi istifadə olunur. Bununla yanaşı, elmi əsərin ana dilimizə tərcümə edilmiş nüsxəsi də tələbələr üçün əlavə dəyərli resurs olacaqdır.
Qeyd edək ki, elektron resursların sayı baxımından regionun ən zəngin kitabxanası sayılan ADA Kitabxanasında e-kitabların sayı 200.000, çap kitabların sayı isə 46.000 nüsxədir.
Tehsil-press.az