Azərbaycan İstiqlal Muzeyi ölkəmizin regionlarında və paytaxtda fəaliyyət göstərən məktəb şagirdlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə pilot layihə kimi onlayn ekskursiya layihəsi həyata keçirməyə başlayıb.
Həmin layihə çərçivəsində ilk olaraq Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbin VI sinif şagirdləri İstiqlal Muzeyinə virtual səyahət ediblər. Məktəblilərə Azərbaycan milli azadlıq hərəkatı barədə məlumat verilib, tariximizi özündə əks etdirən eksponatlar nümayiş olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Növbəti virtual ekskursiya həmin məktəbin VIII sinif şagirdləri üçün nəzərdə tutulur.
Tehsil-press.az