BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçiblər

BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçiblər Bakı Dövlət Universitetinin (BDU) IV kursda təhsil alan 22 tələbəsi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçiblər.
45 günlük istehsalat təcrübəsi zamanı tələbələr institutun laboratoriyalarında müasir avadanlıq və texnologiyaların iş prinsipləri ilə tanış olublar. İnstitutun Bioadaptasiya, Bitki biotexnologiyası, Genomun quruluşu və ekspressiyası, Xloroplastların fotokimyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyalarında təcrübələrə qoşulan tələbələr burada tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Aprelin 16-da “Zoom” platforması üzərindən keçirilən seminarda istehsalat təcrübəsini başa vuran tələbələr əldə etdikləri təcrübələr haqqında hesabat veriblər. Təqdimatlar qrup rəhbərləri tərəfindən müsbət qiymətləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər