Bakı Dövlət Universitetinin (BDU) kimya mühəndisliyi ixtisası üzrə IV kursda təhsil alan bir qrup tələbəsi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər.
İnstitutun polimer aşqarlar laboratoriyasının müdiri, dosent Elxan İsakov bildirib ki, tələbələr karantin rejiminin tələbləri gözlənilməklə qrup şəklində cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə tanış olur, bəzi təcrübələri yaxından izləyirlər. Tələbələr, eyni zamanda, zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən elmi tədqiqat işləri haqqında məlumatlandırılır, onlara müstəqil şəkildə praktik işləri yerinə yetirmək bacarığı və vərdişləri öyrədilir.
Qeyd edək ki, institutda BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrası üzrə ümumilikdə 24 tələbə təcrübə keçəcək.
Tehsil-press.az