Bakı Dövlət Universitetinin (BDU) 4-cü kurs tələbələri AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçdikləri istehsalat təcrübəsi haqqında təqdimatla çıxış ediblər.
Tədbiri müəssisənin direktoru, akademik İradə Hüseynova açaraq, ölkə rəhbərinin elmə göstərdiyi diqqəti xüsusi qeyd edib, gənclərimizə elm yolunda uğurlar arzulayıb. O, artıq 2-ci ildir BDU-nun tələbələrinin institutda təcrübə keçdiklərini və bu ənənənin hələ keçən əsrin 70-ci illərində akademik Cəlal Əliyev tərəfindən qoyulduğunu bildirib.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev tələbələr üçün yaradılan şəraitə görə akademik İradə Hüseynova başda olmaqla institutun kollektivinə təşəkkürünü bildirib.
Daha sonra institutun laboratoriyalarında təcrübə keçmiş tələbələr çıxış edərək verilən sualları ətraflı cavablandırıblar.
Sonda institutun alimləri tələbələrin çıxışlarını müzakirə edərək yüksək qiymətləndiriblər.
BDU-nun Mətbuat Xidməti