Ermənistanda Rusiya kanallarının bağlanması təklif edildi

Ermənistanda Rusiya kanallarının bağlanması təklif edildi Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatı Narina Tuxikyan radio və televiziya verilişlərinin təqdimatı üzrə milli komissiyanın hesabatı zamanı Rusiya kanallarının ölkədə yayımının məhdudlaşdırılması məsələsini qaldırıb.
Tuxikyan Rusiyanın “Mir”, “ORT” və “Rosiyya 1” kanallarının yayımının dayandırılmasını istəyib. O, buna səbəb kimi həmin kanalların verilişlərində siyasi çağırışlar olmasını göstərib. Millət vəkili həmin kanalların xüsusilə Ermənistan əleyhinə fəaliyyətindən narahat olduğunu dilə gətirib.
Radio və televiziya verilişləri üzrə Milli Komissiyanın sədri Tiqran Akopyan öz növbəsində bunun siyasi məsələ olduğunu deyib. Akopyan bildirib ki, ona bu məsələ ilə bağlı Ukrayna və Gürcüstan nümunə göstərilərək dəfələrlə müraciət edilib:
“Ukrayna, eləcə də Moldova və Gürcüstan ərazilərindən məhrum oldu. Kanalların bağlanması məsələsi hazırda gündəmdə olmasa da, Ermənistanın informasiya təhlükəsizliyinə təhdid olması doğrudur”.

Tehsil-press.az

Oxşar xəbərlər