“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul davam edir.
Sənədlər aprelin 20-dək [email protected] elektron ünvanına göndərilməlidir. Proqram Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən birgə icra edilir. 2021-2022-ci tədris ili üzrə ingilis dilində 2 il müddətində həyata keçiriləcək magistratura proqramına 25 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.
Müsabiqədə “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisaslarından hər hansı birinə aid bakalavriat səviyyəsi üzrə ali təhsil sənədi olan şəxslər iştirak edə bilərlər.
Daha ətraflı məlumatı https://adpu.edu.az/images/PDF/ASPU-GWU_2021_3.pdf linkinə daxil olaraq əldə etmək olar.
Tehsil-press.az