Koreya və Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramı üzrə tələbə qəbulu

Koreya və Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramı üzrə tələbə qəbulu Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisası istiqaməti üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə qəbula start verilir.
Qəbul 4 ixtisas üzrə həyata keçirilir. Bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq Koreya dili tədris ediləcək. Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər sentyabrın 2-dək müraciət etməlidirlər.
İkili diplom proqramı ilə bağlı əlavə məlumatı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş elan vasitəsilə almaq olar.

Tehsil-press.az

Oxşar xəbərlər