Dövlət Neft və Sənaye Universitetində infosessiya: İşğaldan azad olunmuş ərazilərin çoxşaxəli iqtisadi potensialı

Dövlət Neft və Sənaye Universitetində infosessiya: İşğaldan azad olunmuş ərazilərin çoxşaxəli iqtisadi potensialı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ermənistan işğalından azad olunmuş Azərbaycan ərazilərinin çoxşaxəli iqtisadi potensialı” mövzusunda infosessiya keçirilib.
Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev işğaldan azad olunmuş ərazilərimizin ekoloji və iqtisadi inkişafının başlıca aspektlərindən danışıb və bu sahənin hazırda prioritet məsələ olduğunu vurğulayıb.
ADNSU-nun professoru, tarix elmləri doktoru Camal Mustafayev Azərbaycanın tarixi qələbəsinin əhəmiyyətindən və qələbəni şərtləndirən amillərdən danışıb, eyni zamanda, qarşıda böyük quruculuq işlərinin dayandığını deyib.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Zaur Əsədov işğaldan azad olunmuş ərazilərdə talan edilən təbii ehtiyatların və resursların iqtisadi qiymətləndirilməsinin aparıldığını bildirib.
Sonra ADNSU-nun dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlham Rüstəmov, dosent Elbrus Əhmədov, texnika elmləri namizədi Zərifə Əfəndiyeva işğaldan azad olunmuş ərazilərin iqtisadi və energetik potensialından, mümkün iqtisadi imkanlarından danışıblar. Həmçinin bu ərazilərdə ekoturizmin yaranması və biznesin qurulması haqqında fikir mübadiləsi aparılıb. Yüzdən çox faydalı qazıntı yataqlarının bərpası və yenidən öyrənilməsi üçün bu ərazilərdə energetiklərin də üzərinə vəzifə düşdüyü deyilib.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər