Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “AZİİ e-kitab evi”ndə “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə bu ali məktəbin ictimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, kafedranın dosenti Yaşar Əhmədov, sənayenin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri, professor Qənimət Səfərov, enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri, professor Qəzənfər Süleymanov çıxış edərək monoqrafiyanın müasir dövrdə elmi, nəzəri, siyasi-iqtisadi təfəkkürün formalaşmasındakı rolundan danışıb, onun əhəmiyyətini vurğulayıblar.
Monoqrafiyada əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən Azərbaycanın iqtisadi inkişaf strategiyasının mahiyyəti təhlil olunur.
ADNSU-nun Mətbuat Xidməti