BDU-da tədbir: İşğaldan azad olunmuş ərazilərimizin bərpasında gənclərin rolu

BDU-da tədbir: İşğaldan azad olunmuş ərazilərimizin bərpasında gənclərin rolu Bakı Dövlət Universitetinin (BDU) Tarix, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərimizin bərpasında gənclərin rolu” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə BDU-nun Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından, Vətən müharibəsində qələbənin yeni geosiyasi, iqtisadi reallıq yaratması ilə yanaşı, mühüm tarixi proseslərin əsasını qoymasından, azad olunmuş ərazilərimizin bərpasında gənclərimizin cəmiyyətin aparıcı qüvvəsi kimi fəal iştirak etməsindən danışıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək tədbirlər haqqında” məruzəsində Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən beynəlxalq cinayətlərdən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın torpaqlarımızın işğal altında saxlayaraq vandalizmə məruz qoymasından danışıb.
Sonra çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsindəki tarixi qələbəsi ilə işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi, bu şanlı qələbənin tariximizdə qızıl hərflərlə yazılmış səhifə olduğunu diqqətə çatdırıb.
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şamilov, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Coğrafiya fakültəsinin II kurs tələbəsi İmran Bayramov çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində tarixi qələbəsindən, Qarabağ ərazilərinin ekoloji vəziyyətinin, milli-mədəni irsimizin bərpası və inkişafının təmin olunmasında gənclərin rolundan danışıb, bu istiqamətdə həyata keçiriləcək müxtəlif layihələrdə Bakı Dövlət Universitetinin tələbə gənclərinin də yaxından iştirak edəcəklərinə əminlik ifadə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər