Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim, akademik Azad Mirzəcanzadənin 90 illiyinə həsr olunmuş tələbələrin 67-ci elmi-texniki konfransı öz işinə başlayıb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov tədbiri giriş sözü ilə açaraq tələbələrin 67-ci elmi-texniki konfransının tələbələr üçün əhəmiyyətindən danışıb. Gənclərin elmi potensiallarının üzə çıxarılması üçün bu cür konfranslarda iştirakın vacibliyini vurğulayan Qasım Məmmədov tələbələrin asudə vaxtlarını elmi araşdırmalara sərf etməsini yüksək qiymətləndirib.
ADNSU-nun neft-qaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tulparxan Salavatov akademik Azad Mirzəcanzadənin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb.
Universitetin “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Elmira Ramazanova akademik Azad Mirzəcanzadə haqqında xatirələrini bölüşüb. Elmi-Tədqiqat İnstitutunun əsasının Azad Mirzəcanzadə tərəfindən qoyulduğunu bildirən Elmira Ramazanova onun sayəsində institutun dünyanın bir çox elm mərkəzləri ilə yaxın əlaqələr qurduğunu və bu münasibətlərin davam etdirildiyini diqqətə çatdırıb.
ADNSU-nun neft-qaz mühəndisliyi kafedrasının professoru Eldar Süleymanov isə görkəmli alimin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Konfransda çıxış edən Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri Yunis Qəhrəmanlı konfransın ayrı-ayrı bölmələrində keçiriləcək iclaslar və çıxışlar haqqında məlumat verib. Ümumilikdə 9 bölmədə 292 nəfərin çıxışının gözlənildiyini bildirən Y.Qəhrəmanlı bütün iştirakçılara uğurlar arzulayıb.
Konfrans işini bölmələrdə davam etdirib.
Konfransın bağlanış mərasimi dekabrın 14-də keçiriləcək.

ADNSU-nun Mətbuat Xidməti