Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Çini tanı" layihəsi çərçivəsində Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin şagirdləri üçün Qardaşlaşmış Şəhərlər Gününə həsr olunmuş "Sumqayıt - Uzaq şərqdə yaxın dost" adlı onlayn tədbir keçirdib.
Tədbirdə çıxış edən Konfutsi İstitutunun direktoru Rafiq Abbasov Azərbaycanın və Çinin ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin inkişafından danışaraq Prezident İlham Əliyevin “Bir kəmər, bir yol” İkinci Beynəlxalq Forumunda iştirakının əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “China National Electric Engineering” şirkətinin rəhbərliyi ilə Prezident İlham Əliyevin görüşünün keçirilməsi və Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə bağlı niyyət protokolunun imzalanması Azərbaycan-Çin əməkdaşlığının kimya sənayesində intensivləşməsinə xidmət edəcək. O, həmçinin Azərbaycan – Çin arasında olan ictimai, siyasi və mədəni əlaqələrdən danışıb. Sumqayıt və Çin Xalq Respublikasının şəhərləri arasındakı münasibətlərdən bəhs edən R.Abbasov, Sumqayıt ilə Çyu Cou şəhəri arasında dostluq əlaqələrinin hələ 2001-ci ildən qurulduğunuda şagirdlərə bildirib. O, yaxın keçmişdə Azərbaycanın ikinci ən böyük sənaye şəhəri olan Sumqayıt ilə Çinin Sian, Myenyan şəhərləri arasında qurulan əlaqələrdən, bu əlaqələrin tərəqqiyə və son nəticədə “Bir kəmər bir yol” layihəsinin uğurlu icrasına töhfələr verəcəyini də qeyd edib. Qardaş şəhərlərin bu çətin günlərdə bir-birlərinə dayaq olduqlarını qeyd edərək, pandemiya dövründə humanitar yardımlardanda bəhs edib.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Sumqayıtın sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələri tarixindən danışıb. N.Qocayeva məktəblilərə Tarixi İpək yolunun başladığı Sian şəhərinin əhəmiyyətindən və Sumqayıt şəhəri ilə olan əlaqələrindən bəhs edib. O eyni zamanda, “Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum”u və “Şəki şəhəri ilə Çinin Janciajiye şəhəri arasında qardaş şəhər əlaqələrinin qurulmasına dair niyyət protokolu” imzalandığını da qeyd edib. Sonda məktəblilərin sualları cavablandırılıb.
Tehsil-press.az