Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çinin iqtisadi inkişafı və beynəlxalq təhlükəsizlik" adlı elmi-tələbə seminarı keçirilib.
Seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin iqtisadi əlaqələrinin uğurlu inkişafından danışıb. O bildirib ki, "Bir kəmər, bir yol" proqramının həyata keçirilməsində Azərbaycanın iştirakının fəallaşması, ilk növbədə, Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə tarixi səfəri ilə bağlıdır. R.Abbasov Azərbaycan və Çinin transxəzər nəqliyyat marşrutu layihəsinin reallaşdırılması çərçivəsində bu gün də əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bütün bunlar Çinin aşkarlıq siyasətinin uğurla həyata keçirilməsinə, “Birgə taleyi bölüşən insan cəmiyyətinin” formalaşdırılmasına kömək edən bariz nümunədir.
Seminarda çıxış edən Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin doktorantı Pərviz İsgəndərzadə Çinin iqtisadi, elmi-texniki və mədəni cəhətdən inkişafı istiqamətində müasirləşdirilməsi, ölkənin dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çevrilməsi siyasətindən danışıb. Qeyd olunub ki, Çin iqtisadiyyatı nəinki qloballaşma prosesinin ən mühüm iştirakçılarından birinə çevrilib, həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin çoxsaylı bazarlarını qazana bilib. Bu ölkə dünyanın aparıcı ticarət fövqəldövlətinə, dünya iqtisadiyyatında və dünya valyuta-maliyyə bazarı üçün böhranlı hadisələr dövründə sabitləşdirici amilə çevrilib.

ADU-nun Mətbuat Xidməti