BDU-nun alimi beynəlxalq sertifikatla təltif olunub

BDU-nun alimi beynəlxalq sertifikatla təltif olunub Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva “Springer” nəşriyyatında dərc olunan “International Journal of Precision Engineering and Manufacturing-Green Technology” jurnalında 2020-ci il üzrə göstərdiyi aktiv resenzent fəaliyyətinə görə Korean Society for Precision Engineering (KSPE) cəmiyyətinin prezidenti və jurnalın redaksiya heyəti tərəfindən sertifikatla təltif olunub.
“International Journal of Precision Engineering and Manufacturing-Green Technology” jurnalı əsasən ekoloji mühəndislik, yaşıl mikro və nanotexnologiyalar, bərpaolunan yeni enerji mənbələrinin istehsalı, təkrar emal olunan biouyğun materiallar, “agıllı”, multifunsional materiallar, yüngül materiallar və konstruksiyalar, enerjinin saxlanması və çevrilməsi üçün istifadə olunan materiallar və bənzər sahələrə dair elmi məqalələri dərc edir. Jurnal "Scopus", "Science Citation Index Expanded", "Japanese Science and Technology Agency", "Korea Citation Index", "Journal Citation Reports" və sair beynəlxalq bazalarda indekslənir.

Tehsil-press.az


Oxşar xəbərlər