Birinci sinfə qəbulla bağlı onlayn müsahibə sistemi daha da təkmilləşdiriləcək

Birinci sinfə qəbulla bağlı onlayn müsahibə sistemi daha da təkmilləşdiriləcək Bu il birinci sinfə qəbulla bağlı bütün müsahibələr onlayn formatda keçiriləcək.
Bunu Təhsil Nazirliyinin I sinfə şagird qəbulu ilə bağlı keçirdiyi onlayn brifinqdə Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
O qeyd edib ki, bu, həm vətəndaşlarımızın, həm də təhsil işçilərinin səhhətini qorumaq məqsədi daşıyır. Onlayn müsahibə sistemi daha da təkmilləşdiriləcək. Gələcəkdə şagird qəbulu prosesinin tamamilə elektronlaşdırılması üzərində işlər gedir. Hesab edirəm ki, növbəti tədris ilindən bunu etmək mümkün olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər