Sudan Qırmızı dənizdə Rusiya ilə hərbi dəniz bazasının yaradılması barədə müqaviləni dayandırdığını elan edib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Bildirilir ki, Moskvanın əvvəlki rejimlə imzaladığı müqavilə qanunverici orqan tərəfindən təsdiqlənənə qədər dayandırılır. Xartum bu haqda Rusiya tərəfinə xəbərdarlıq edib.
Qeyd edək ki, Rusiya Hərbi Dəniz Qüvvələri üçün baza yaratmaq barədə razılaşma 2020-ci ilin noyabrında məlum olub. Sənədə görə, bazada şəxsi heyət sayı 300 nəfərdən çox olmamalıdır, dörddən çox Rusiya gəmisi yerləşdirilməməlidir. 1 dekabr 2020-ci il tarixli müqavilənin mətninə əsasən, Rusiya donanmasına 25 il müddətində Sudandakı logistika mərkəzindən istifadə etmək imkanı verilirdi.
Tehsil-press.az