Azərbaycan dünyanın 20 universiteti ilə ikili diplom proqramı üzrə kadr hazırlayır

Azərbaycan dünyanın 20 universiteti ilə ikili diplom proqramı üzrə kadr hazırlayır Son illər ölkədə texniki və texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirilir. Azərbaycan universitetlərinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Hazırda universitetlərimizdə beynəlxalq akkreditasiyadan keçmiş 11 proqram tətbiq edilir. Onlardan 4-ü məhz texniki və texnoloji ixtisaslara aiddir.
Bunu “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda Təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, Azərbaycanın 10 universiteti dünyanın aparıcı 20 universiteti ilə 25 ixtisas və ixtisaslaşma üzrə ikili diplom proqramlarında kadr hazırlığı aparır. Bu proqramlardan 7-si texniki və texnoloji ixtisaslara aiddir.
Xatırladaq ki, “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda ikigünlük konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər