Adi diferensial tənliklərlə bağlı seminar

Adi diferensial tənliklərlə bağlı seminar Məlum olduğu kimi, 8 noyabr 2016-cı il tarixindən Mexanika riyaziyyat fakültəsi Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və “Elm” Gənclərin Sosial İntellektual İnkişaflna dəstək İctimai Birliyi tərəfindən təşkil edilən “Əsas fənlərdən əlavə seminarların keçirilməsi” adlı layihənin ilk mərhələsi başa çatıb. Layihəyə mükafatlandırma ilə yekun vurulub. Belə ki mükafatlandırma Adi diferensial tənliklər fənnindən keçirilən seminarın sonunda Qiymətləndirmə İmtahanına uyğun aparılıb və ilk 3 yerin qalibi - Ağayev Abutalıb Məmmədrza oğlu- 95 bal, Qasımov Cəsarət Cövdət oğlu - 84 bal və İskəndərli Zeynəb Azər qızı - 57 bal - sertifikata layiq görülüblər. Təşkilatçılar seminarda iştirak etdiyi üçün Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərova, dekan müavini Qönçə Abdullayevaya, eyni zamanda seminarda göstərdiyi dəstəyə görə fənn müəllimi Telman Qasımova təşəkkür ediblər. Sonda layihə rəhbəri Pərviz Bilişzadə tələbələr arasında keçirilmiş sorğunu elan edib və məlum oub ki, adıçəkilən seminarın aparıcıları, fakültənin 4-cü kurs tələbəsi Füzuli Əhmədov “İlin bakalavrı”, İsmayıl Hüseynov isə “İlin magistri” adına layiq görülüb.

Mətbuat və informasiya şöbəsi


Adi diferensial tənliklərlə bağlı seminarAdi diferensial tənliklərlə bağlı seminarAdi diferensial tənliklərlə bağlı seminar

Oxşar xəbərlər